19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2023-cü ildə Belçikada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

Qeyd edək ki, milli komandamız B liqasında qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp