Futbol üzrə UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “11-liy”ə İspaniyanın “Real” klubundan və İngiltərə “Liverpul”undan hərəyə 4, “Mançester Siti”, “Çelsi” və Fransa PSJ-sindən 1 futbolçu düşüb.
Mövsümün oyunçusu adına isə Madrid “Real”ının hücumçusu Kərim Benzema layiq görülüb.
Qapıçı: Tibo Kurtua (“Real”);
Müdafiəçilər: Endryu Robertson, Trent Aleksander-Arnold, Vircil van Deyk (hamısı “Liverpul”), Antonio Rüdiger (“Çelsi”);
Yarımmüdafiəçilər: Fabinyo (“Liverpul”), Luka Modriç (“Real”), Kevin De Bruyne (“Mançester Siti”);
Hücumçular: Kilian Mbappe (PSJ), Kərim Benzema, Vinisius Junior (hər ikisi “Real”).
Xatırladaq ki, “Real” finalda “Liverpul”u 1:0 hesabı ilə yenərək, tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.