Şpaqa üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallində keçirilən U-23 Avropa çempionatında komanda yarışında 11-ci olub.
Futbolinfo.az xəbər verir ki, Barat Quliyev, Fərrux Səfərov və Ruslan Həsənovdan ibarət trio 8-liyə yüksəlmək uğrunda Estoniya yığmasına 38:45 hesabı ilə uduzub.
Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşlərdə isveçrəli həmkarlarına 45:42 hesabı ilə qalib gəlib. Çex Respublikasını təmsil edən seçmə kollektivə isə 20:45 hesabı ilə məğlub olub.
Kişi şpaqaçılarımız 11-ci yer uğrunda İspaniya yığması ilə keçirilən görüşdə 45:31 hesablı qələbə qazanıb.