Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa çempionatına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qatılmadığı bu qitə birinciliyində daha bir soydaşımız çempionluq sevinci yaşayıb.
Belə ki, AÇ-ni 2 qızıl medalla ikinci pillədə başa vuran Serbiya yığmasında çıxış edən Vahid Abbasov da Avropa çempionu olub. 67 kq-da çıxış edən Vahid serblər tərəfindən milliləşdirilsə də, Rusiya azərbaycanlısıdır.
Xatırladaq ki, daha öncə Gürcüstan yığmasında çıxış edən digər azərbaycanlı boksçu Sahil Allahverdiyev (48 kq) də Avropa çempionu olmuşdu. O, hətta AÇ-də Ermənistan təmsilçisi Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlmişdi – 5:0.
Sonda onu da qeyd edək ki, Gürcüstan millisi 3 qızıl və 1 gümüş medalla AÇ-də birinci olub.