“Şamaxı” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov istefa verib.

Futbolinfo.az xəbər verir ki, funksioner işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən ayrılıb.

O, bu qərarını bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında açıqlayıb.

Xatırladaq ki, Zaur Axundov 2017-ci ildən AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. O, elə həmin ildən hazırda “Şamaxı” adlanan “Keşlə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışırdı.

Shares: