İngiltərənin “Tottenhem” klubu Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Son komandası İtaliya “İnter”i olan təcrübəli oyunçu “Tottenhem”ə azad agent statusu ilə keçib.

Perişiç ötən mövsüm Milan təmsilçisində 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Shares: