PSJ-nin hücumçusu Lionel Messi koronavirusdan necə əziyyət çəkdiyi haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı argentinalı futbolçu xəstəliyin onda ciddi fəsadlar törətdiyini deyib:

“Koronavirus məni həqiqətən də çox vurdu. Temperatur, öskürək, boğaz ağrısı. Koronavirus məndə fəsadlar yaratdı, ciyərlərim zədələndi. Ağciyərim zədələndiyindən ay yarım qaça, məşq edə bilmədim. Qorxmadım, amma bununla bağlı o qədər hekayələr var idi ki, heç nəyə başlamaq belə, istəmirdim. Mən lazım olduğundan daha tez qayıtdım və vəziyyəti daha da pisləşdirdim”.

Argentinalı hücumçu ötən mövsüm PSJ-də 34 oyunda 11 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Shares: