Futbol üzrə İtaliya və Argentina milli komandaları arasında keçiriləcək “Finalissima”nın kuboku təqdim olunub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təxminən 8,5 kq ağırlığında və 45 sm hündürlüyündə olan mükafat misdən hazırlanıb və gümüşlə üzlənib.

İlk dəfə 1985-ci ildə Parisdə Fransa və Uruqvay yığmaları arasında oynanılmış matçdan sonra təqdim olunan kubokun əsas hissəsi əvvəlki orijinal görünüşünü saxlayır. Yenilənmiş kubokun dizaynını Valentina Losa hazırlayıb.

UEFA və CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı AÇ-2020 və Amerika Kubokunun son qaliblərinin matçını təşkil etməyi razılaşdırıblar. Avropa çempionatını İtaliya, Amerika Kubokunu isə Argentina qazanıb.

“Finallisima” iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Shares: