Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev Azərbaycan milli komandası ilə görüşüb.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın prezidenti UEFA Millətlər Liqasının oyunlarında millimizə uğurlar arzulayıb.

Baş məşqçi Canni De Byazi və kapitan Maksim Medvedev AFFA rəhbərliyinə təşəkkür edib, UEFA Millətlər Liqasının oyunlarında yaxşı nəticələr əldə etmək üçün bütün komandanın böyük səylə hazırlaşdığını deyib.

Shares: