Anton Krivotsyukun legioner karyerası bitir. Polşada ümidləri doğrultmayan milli üzvü yenidən Azərbaycanda oynayacaq.
Futbolinfo.az xəbər verir ki, yığmamızın müdafiəçisi Plotsk “Visla”sından ayrılmaq üzrədi. 23 yaşlı oyunçu bir neçə klubumuzdan təklif alıb. Anton artıq seçimini də dəqiqləşdirib. “Qarabağ” və ya “Neftçi”dən birində çıxış etməyi arzulayan futbolçuya onlar yox, “Sumqayıt”la “Səbail” daha çox maraq göstərir. Krivotsyuk isə sonuncularla anlaşmağa meyllidi.
Artıq Bayıl təmsilçisinin nümayəndələri Krivotsyukla müqavilənin şərtlərini razılaşdırıb. Tezliklə rəsmi anlaşmanın açıqlanması gözlənilir.