Türkiyənin “Fənərbaxça” klubu yeni baş məşqçisini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Jorje Jezusla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) bildirib.

68 yaşlı mütəxəssis ötən gecə Türkiyəyə gəlib. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.

Jorje Jezuş ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, ötən ilin dekabrında bu klubdan ayrılandan bəri işsizdir.

Shares: