Azərbaycanın usta cüdoçulardan ibarət milli komandası iyunun 2-də Yunanıstanın Heraklion şəhərində start götürəcək Avropa çempionatına yollanıb.

Futbolinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 ölkədən 236 idmançının qatılacağı çempionatda Azərbaycanı 8 yaş kateqoriyası üzrə 22 nəfər təmsil edəcək.

Komandaya məşqçi Ağa Cəfərov rəhbərlik edəcək.

Avropa çempionatı iyunun 5-də yekun vurulacaq.

M1 yaş kateqoriyası: Nadir Babayev (73 kq), Tural Səfquliyev (100 kq)

M2 yaş kateqoriyası: Vüqar Babayev (66 kq), Məmməd Məmmədov (73 kq), Samir İsmayılov, Anar Yusifli (hər ikisi 81 kq), İntiqam Ələkbərov, Ramil Muradov, İlham Heydərov (hər 3-ü 100 kq)

M3 yaş kateqoriyası: Azər Fətullayev (81 kq), Zülfüqar Hüseynov, Vusal Cəfərov (hər ikisi 90 kq)

M4 yaş kateqoriyası: Babək Hacıyev (60 kq), Rauf Fərzəliyev (73 kq), Mahir Ağamirzəyev (90 kq), Emil Hüseynov (100 kq)

M5 yaş kateqoriyası: Müşviq Cəfərov (73 kq), Mübariz Cəfərov (90 kq), Qabil Qasımov (+100 kq)

M6 yaş kateqoriyası: Natiq Qasımov (81 kq)

M7 yaş kateqoriyası: Fərhad Rəcəbli (90 kq)

M8 yaş kateqoriyası: Şamil Sövzəliyev (81 kq)

Shares: