“Qəbələ” daha 3 futbolçusu ilə yeni müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi Murad Musayev, Asif Məmmədov və Ürfan Abbasovu heyətdə saxlamağa qərar verib.

Onlarla 1 illik yeni müqavilə imzalanıb. Klubun bunu tezliklə rəsmən açıqlaması gözlənilir.

Xatırladaq ki, “Qəbələ” daha öncə İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə yeni müqavilə imzalandığını açıqlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp