“Mançester Yunayted” klubu futbolçusu Xuan Mata ilə yollarını ayırıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

“Mançester Yunayted” Mataya bu sözlərlə vida edib: “Karyeranızın səkkiz ilini “Mançester Yunayted”ə həsr etdiyiniz üçün təşəkkür edirik, Xuan. Klubdakı hər kəs sizə gələcək üçün ən yaxşısını arzulayır”.

İspaniyalı futbolçu 2014-cü ilin yanvarında “Mançester Yunayted”ə keçib. O, klubda 285 oyun keçirib 51 qol vurub və 4 kubok qazanıb.

Shares: