“Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantara İspaniya millisinin Millətlər Liqasında iyun ayında keçiriləcək oyunlarında iştirak edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçu əzələ zədəsi səbəbindən millidən ayrılıb.

İspaniya millisi iyun ayında UEFA Millətlər Liqasında 4 oyun keçirəcək: Portuqaliya (2 iyun), İsveçrə (9 iyun) və Çexiya (5 və 12 iyun).

Shares: