Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jezus çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
67 yaşlı məşqçi “Fənər”də illik 3 milyon avro maaş alacaq.
Jezus baş məşqçi postunda İsmail Kartalı əvəz edib. Portuqaliyalı mütəxəssis ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb.