“Liverpul”un və Niderland millisinin sabiq hücumçusu Dirk Kuyt “Den Haaq”ın “sükanı arxasına” keçib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Kuytun əvvəlki iş yeri 2018-2020-ci illərdə çalışdırdığı “Feyenoord”un gənclər komandası olub.
“Den Haaq” 2021/22 mövsümünün sonunda Niderlandın yüksək divizionu olan Erediviziyaya çıxmaq üçün pley-offda “Exselsior”a uduzub. Komanda çıxışını ikinci divizionda davam etdirəcək