“Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov yenidən Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə “footboom.com”a açıqlamasında məlumat verib:
“Hansı planlar olacaq? Azərbaycana qayıtmaq variantım var idi. Amma mən özüm də istəmədim. Çünki indi əsas planda müharibədir. Futbol isə ikinci plana keçib. 21-ci əsrdə görün nələr baş verir. Kim bunu təsəvvür edərdi? Ölkəmiz üçün narahatam”.
Xatırladaq ki, 2017/18 mövsümündə “Keşlə”yə Azərbaycan kubokunu qazandırmış Maksimov 2019-cu ildən “Vorskla”nı çalışdırır.