İtaliyanın “Latsio” klubu baş məşqçisi Mauritsio Sarri ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə 2025-ci ilədək qüvvədə olacaq. 63 yaşlı mütəxəssisin klubla əvvəlki müqaviləsi 2023-cü ilin iyununa qədər idi.
Sarri “Latsio”ya 2021-ci ilin iyunundan rəhbərlik edir. Komanda onun rəhbərliyi altında A Seriyasında geridə qalan mövsümü 64 xalla 5-ci pillədə başa vurub. Komanda qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaq.