3×3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Serbiyadakı təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Devisdən ibarət milli Avropa Kubokunun seçmə oyunlarını keçirəcəkləri Kiprin Limassol şəhərinə yollanıb.
Xatırladaq ki, Azərbaycan yığması B qrupunda Kipr, Andorra və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Digər qrupda isə İrlandiya, Kosovo və Albaniya yarışacaq. Qarşılaşmalar iyunun 4-5-də keçiriləcək.
Finalçılar sentyabrın 9-11-də Qrasda (Avstriya) keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaqlar.