Futbol üzrə İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets hazırda “Barselona”nın baş məşqçisi olan Xavi Ernandesin uğurunu geridə qoyub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna UEFA Millətlər Liqasında Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda nail olub.

Qarşılaşmaya start heyətdə başlayan oyunçu yığmada 134-cü dəfə meydana çıxıb. O, komandada ən çox görüşdə iştirak edən üçüncü futbolçu kimi tarixə düşüb. Millinin sabiq qapıçısı İker Kasilyas 167, hazırda Fransa PSJ-sində çıxış edən Serxio Ramos 180 matçda yığmanın formasını geyinib.

Buskets 2009-cu ildən İspaniya millisində forma geyinir.

Shares: