Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Belarusla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Məhəmməd Əl-Hakim olacaq. Ona yan xətt hakimləri qismində Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Shares: