Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun final oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunub.

“Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Zirə”nin məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasının üzərinə 1 oyun əlavə olunub, klubu 800 manat cərimə olunub.

“Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Shares: