Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında bu gün səfərdə Qazaxıstana qarşı keçirəcəkləri səfər oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis yığmaya dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən çıxarmalı olub.

O, Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətinə ehtiyac duymayıb.

Bu gün “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Shares: