“Neftçi” PFK-nın Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Hesabatların dinlənilməsi.
- A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
- B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
- Növbəti mövsümün büdcəsi.
- Digər məsələlər.
Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.