“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.

Müşahidə Şurası baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və komandasına uğurlar arzu edib. Həmçinin, növbəti mövsümdən etibarən “Sumqayıt” Futbol Klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıq və tövsiyyələr verilib. Daha sonra isə Müşahidə Şurasının üzvləri Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda gedən yenidənqurma işləri ilə tanış olublar.

Shares: