Konfrans Liqasının hazırlıqlarını davam etdirən “Neftçi” son mövsümü İsrailin “Aşdod” klubunda çıxış edən Kenni Seifi heyətinə qatmağa çalışır. Lakin hazırda paytaxt təmsilçisi üçün çətinlik ortaya çıxıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, müqavilə ilə Belçikanın “Anderlext” klubuna məxsus olan oyunçunu Hayfa “Makkabi”si də almaq niyyətindədir.

Hayfalılar futbolçu üçün yaxşı şərtlər irəli sürüb. Bu baxımdan onun “Neftçi”yə gəlib-gəlməyəcəyi də sual altına düşüb.

Qeyd edək ki, karyerasına İsrailin “Hapoel” (Hayfa) klubunda başlayan Seif çoxsaylı klub dəyişib. Amma o, daha çox Belçika klublarında oynaması ilə məhşurdur. O, “Gent” və “Anderlext” kimi klublarda oynayıb. Kenni 2022-ci ildə “Aşdod”dan “Anderlext”ə keçib. 6 oynadığı Belçika klubu isə onunla müqaviləni yeniləməmək qərarına gəlib.

Xatırladaq ki, Kenni Seif İsrailin “Aşdod” klubundan Ataa Caberi transfer edən “Neftçi”nin bu ölkə çempionatından heyətinə qatmaq istədiyi üçüncü futbolçu olacaq.

Shares: