“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Təl-Əviv) yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Niderlandda təlim-məşq toplanışında olan komanda ilk sınağına çıxıb.

İsrail təmsilçisi Almaniyanın “Alemanniya” klubu ilə üz-üzə gəlib. “Zirə”nin rəqibi 7-ci dəqiqədə qol buraxdığı bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra İsraildə baş tutacaq.

Shares: