UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex” (Polşa) növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.
Ukrayna vətəndaşlığı olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.
“Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.