İtaliyanın “Yuventus” klubu daha 2 futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və hücumçu Alvaro Morato ilə başa çatan müqavilələrin müddəti uzadılmayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı italiyalı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinirdi. 30 yaşlı ispaniyalı forvard isə son 2 mövsümü icarə əsasında “qoca sinyora”da keçirib. O, müqavilə ilə ölkəsinin “Atletiko” (Madrid) komandasına məxsusdur.

Xatırladaq ki, “Yuventus” daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb.

Shares: