“Qarabağ” klubu hücumçusu Ovusu Kvabenanı satmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, “köhlən atlar”ın qanalı futbolçu üçün tələb etdiyi məbləğ də məlumdur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ağdam klubu “Sakaryaspor”un maraq dairəsində olan Ovusunun keçidindən 300 min avro qazanmaq istəyir.

Xəbərdə bildirilib ki, Türkiyənin 1-ci liqasına yüksələn “Sakaryaspor” ötən mövsümü icarə əsasında “Ankaragücü”də keçirən Ovusu üçün “Qarabağ”la danışıq aparır.

Ovusu hazırda “Qarabağ”ın düşərgəsindədir. O, ötən mövsüm “Ankaragücü”nün heyətində 23 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Shares: