“Səbail” növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu argentinalı yarımmüdafiəçi Franko Mazureki heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.
Mazurekin son iş yeri Kipr “Etnikos”u (Axna) olub. O, daha öncə AEL (Limassol), “Panetolikos”, “Levski” (Sofiya), “Palestino”, “Kolon de Santa Fe”, “All Boys”, “Olmedo”, “Boka Xuniors” və “Krusero del Norte” kimi klubların da formasını geyinib.