“Zirə”nin Avropa Konfrans Liqasındakı rəqibi “Makkabi” (Təl-Əviv) heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İsrail klubu Şotlandiyanın “Seltik” komandasının müdafiəçisi Nir Bittonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Nir Bitton peşəkar kayrerasına İsrailin “Aşdod” komandasında başlayıb. 2013-cü ildən isə müdafiəçi “Seltik”də çıxış edirdi. Təcrübəli futbolçu Şotlandiya nəhənginin heyətində bütövlükdə 245 matça çıxıb, 13 qol vurub. İsrail yığmasının da üzvü olan futbolçu, millidə 39 oyuna çıxıb, 3 qola imza atıb.
Xatırladaq ki, “Makkabi” ilə “Zirə” arasındakı ilk oyun iyulun 21-də Bakıda, cavab görüşü isə bir həftə sonra İsraildə keçiriləcək.