Sabah Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 3-cü mərhələsinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, yarış iki gün davam edəcək.
Bu mərhələdə də ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək.
Sabah qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. İyulun 2-də isə qrupun son turuyla yanaşı, yarımfinal və final qarşılaşmaları baş tutacaq.