Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 11-ci turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib.

Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibi ilə matçın 33-cü gedişində yenidən “sülh”ə razılaşıb.

Beləliklə, xalını 5-ə çatdıran Rəcəbov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 8 xalla Yan Nepomnyaşi başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Shares: