Rusiyanın “Rostov” klubu əsas komandanın baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Karpinin köməkçilərindən olan Viktor Onopko ilə də 4 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

Karpin 4.5 ildir “Rostov”a rəhbərlik edir. O, həm də Rusiya millisinin baş məşqçisidir. “Rostov” Rusiya Premyer Liqasında ötən mövsümü 9-cu pillədə başa vurub.

Shares: