“Neftçi” növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayeflə 2 il müddətinə müqavilə imzalanıb.

28 yaşlı sol cinah yarımmüdafiəçisi bu komandanın heyətində 5 nömrəli formanı geyinəcək.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

Kenni Sayef 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokunun qalibi olub. İsrailin aşağı yaş qrupları üzrə yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

“Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.

Shares: