“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf hazırda Azərbaycan təmsilçisini yeni mövsümə hazırlamaqla məşğul olduğu bir vaxtda, onun vəkilləri də keçmiş həyat yoldaşı Anamariya Prodanla boşanma prosesi üzərində çalışırlar. Futbolinfo.az xəbər verir ki, Rumıniya mətbuatı hazırda məhz onların boşanma prosesinə daha çox diqqət ayırmaqdadır.

Ən son məlumata görə, Anamariya Prodan keçmiş əri ilə məhkəmə prosesindən qalib ayrılıb. Bunu həm də FİFA agenti olan Prodan yerli mətbuata açıqlamasında bildirib. Lakin o, Regekampfın bundan sonra da övladının atası olaraq qalacağını bəyan edib:

“Hazırda ölkədən kənardayam. Vəkilim mənə zəng edib dedi ki, bu məhkəməni də udmuşam. İnanın, nə qədər qazandığımı bilmirəm. Laurentsiu Regekampfla boşanma xəbərlərimizdən bezmişəm. Mən onu yoxsullaşdırmıram. Hər insan özünü yoxsullaşdırır.

Heç kim ailəyə qarşı heç nə etmir, o, hələ də bizim ailəmizdir. Boşanmaya qədər necə Anamaria Prodanın əri və uşaqlarımın atası idisə, bundan sonra da uşaqlarımın atası olaraq qalacaq”.

Rumıniya mətbuatı onu da bəyan edib ki, məhkəmənin qərarına əsasən, Regekampf Anamariyadan olan oğlunu ayda iki həftəsonu görə biləcək. Həmçinin ildə bir dəfə – iyul ayında uşaq atası ilə yaşayacaq. 46 yaşlı mütəxəssisin aylıq qazancının da 3/1-ni aliment kimi ödəyəcək.

Xatırladaq ki, bir neçə ay öncə Anamariya Prodandan ayrılan Regekampfın hazırda Korina Kaçuk adlı yeni sevgilisi var. Onun yeni sevgilisi ilə ailə qurmağa hazırlaşdığı da iddia olunur. Lakin bunun üçün Anamariya Prodanla tamamilə boşanması lazımdır.

- Futbolinfo.az
- Futbolinfo.az
- Futbolinfo.az
Shares: