“Neftçi” və “Aris” (Kip) arasında keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Larnakadakı oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim İvan Bebekə Qoran Pataki və Luka Payiç laynsmanlar qismində kömək edəcək. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.
“Qəbələ”nin Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi ilk matç İsveçdən olan referilərə tapşırılıb. Baş hakim Kaspar Syöberqin köməkçiləri Max Robin Vilde və Andreas Svensson olacaq. Dördüncü hakim funksiyasını Qranit Maqedonci yerinə yetirəcək.
“Zirə”nin İsrail “Makkabi”sinə (Təl-Əviv) qarşı Bakıdakı görüşündə baş hakim irlandiyalı Rob Hennessi olacaq. Ona yan xətt hakimləri qismində həmyerliləri Emmett Daynan və Dermot Broyto kömək edəcək. Dördüncü hakim isə Oliver Moran olacaq.
Hər üç oyun iyulun 21-də keçiriləcək.