İtaliya millisinin hücumçusu Andrea Belotti “Torino”dan ayrılıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun Turin təmsilçisi ilə müqaviləsi başa çatıb və o, yeni müqavilə imzalamayıb.
Oyunçu 2015-ci ilin yayından “Torino”da çıxış edirdi. O, bu müddətdə klubun heyətində 251 oyun keçirib və 113 qola imza atıb.
Belotti ötən il İtaliya millisi ilə Avropa çempionu olub.