“Arminiya”nın sabiq qapıçısı Orteqa Moreno “Mançester Siti” ilə müqavilə imzalayıb.
Futbolinfo.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı alman qolkiper dünən, “Arminiya” ilə müqaviləsi başa çatdığı üçün azad agent kimi “Mançester Siti”yə keçib. O, bu keçidin fantastik olduğunu deyib:
“Bu, mənim üçün fantastik karyera addımıdır. “Mançester Siti” heyrətamiz komandadır, hər mənada dünya səviyyəli komandadır. Ən qısa zamanda bu komandaya qoşulmaq və klubun uğurlarında iştirak etmək şansı qazanmağı xəyal edirəm. Komanda yoldaşlarımla görüşmək, həmçinin baş məşqçi Pep Qvardiola və onun heyəti ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.
Orteqa “Arminiya”nın heyətində 220 oyun keçirib.