Ötən mövsüm icarə əsasında İspaniya “Barselona”sında çıxış edən “Sevilya”nın futbolçusu Luk de Yonqun yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu Niderlandın PSV komandasında çıxış edəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla yaxın günlərdə müqavilə imzalanacaq.
Xatırladaq ki, Luk de Yonq 2014-2019-cu illər aralığında da PSV-nin formasını geyinib.