İspaniyalı qapıçı Dieqo Lopesin yeni klubu məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Espanyol”dan ayrılan 41 yaşlı futbolçu “Rayo Valyekano” ilə anlaşıb.
Lopes La Liqa klubu ilə bir illik müqavilə imzalayıb.
Dieqo Lopes ölkəsində “Real”, “Sevilya” və “Vilyarreal”, İtaliyada isə “Milan”ın formasını geyinib.