Türkiyə millisinin yarımmüdafiəçisi Emre Morun “Fənərbaxça”ya keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu bu keçidlə bağlı danışıqların başladığını hələ bir neçə gün öncə açıqlamışdı.
Bu gün isə Morla 3 illik müqavilə imzalandığı rəsmən açıqlanıb. Transferin digər detalları barədə məlumat verilməyib.
Emre Mor ötən mövsümün əvvəlindən “Fatih Karagümrük”də çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 29 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. 24 yaşlı vinger karyerası ərzində “Nordsyelland”, “Borussiya” (Dortmund), “Selta”, “Qalatasaray” və “Olimpiakos”un da uğurları üçün çalışıb.