Madrid “Atletiko”sundan ayrılan Şime Vrsalkonun yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı futbolçu karyerasını “Olimpiakos”da davam etdirəcək.

Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Xorvatiya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.

Vrsalko ötən mövsüm İspaniya La Liqasında 21 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

O, əvəllər Zaqreb “Dinamo”su, “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.

Vrsalko 2018-ci ildə Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.

Shares: