Türkiyənin “Beşiktaş” klubunda növbəti ayrılıq qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, Kanada yığmasının hücumçusu Kayl Larin İstanbul təmsilçisindən ayrıldığını açıqlayıb.

Klubla müqaviləsinin müddəti bitən 27 yaşlı forvard bu barədə sosial media hesabında paylaşım edib və hər kəslə vidalaşıb.

Larin 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb.

“Qara-qartallar” ötən gün braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyra ilə də yollarını ayırdıqlarını açıqlamışdılar.

Shares: