Türkiyə “Beşiktaş”ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, “Beşiktaş”da keçirdiyi 326 matçda 26 qol vurub.

Shares: