“Liverpul”u heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Liverpul” “Fulhem”dən 20 yaşlı yarımmüdafiəçi Fabio Karvalyonu transfer edib.
Portuqaliyalı futbolçu ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Portuqaliyanın U-21 millisinin üzvü olan futbolçu üçün 5,9 milyon avroluq təzminat ödənilib.
Karvalyo ötən mövsüm “Fulhem”də 38 oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.