Solomon Kvirkveliyanın “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şaiyə deyil. Gürcü futbolçu həqiqətən Bakıdadı və oninla ikiillik müqavilə bağlanıb. Tezliklə transfer rəsmən açıqlanacaq.

Gürcüstan millisinin 30 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsində “Qaqra”nın formasını geyib. Karyerası daha çox Rusiya ilə bağlı olan stopper orada “Zenit”, “Rubin”, “Lokomotiv”, “Nefteximik”, “Rotor”, Ukraynada “Metalist” kimi klublarda çıxış edib. 2014-cü ildən Gürcüstan millisinə dəvət alan Kvirkveliya bu ilin aprelində “Qaqra”ya qoşulub və Gürcüstan çempionatında 12 oyun keçirib.

Shares: