“Kəpəz” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı oyunçular – Mate Kvirkiya və Giorgi Kantariya ilə anlaşıb.

Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onlar sabah komandaya qoşulacaq.

Son olaraq ölkəsində “Vit-Corciya”nın formasını geyinən 26 yaşlı Kvirkiya vingerdir. Kankariya isə həm yarımmüdafiənin mərkəzində, həm də müdafiədə oynaya bilir. 27 yaşlı futbolçunun son klubu Gürcüstanda “Telavi” olub. (Futbolpress)

Shares: